Prezident İlham Əliyev ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib - YENİLƏNİB Cozef Danford Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib
Xarici siyasət
16 Fevral , 2017 11:30
Prezident İlham Əliyev ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib - YENİLƏNİB

*** saaat 10:51

Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin hərbi, siyasi, iqtisadi, enerji təhlükəsizliyi, müdafiə, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulanıb.

ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib, ölkəmizin Əfqanıstana yük daşımalarına önəmli töhfə verdiyinə görə təşəkkürünü bildirib.

Söhbət zamanı ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsi sədrinin Azərbaycana səfərinin müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub, ölkələrimiz arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi