Polad Bülbüloğlu: "Ermənistanda da Xocalı faciəsinin nə qədər dəhşətli olduğunu başa düşən insanların sayı getdikcə artır"

Polad Bülbüloğlu: "Ermənistanda da Xocalı faciəsinin nə qədər dəhşətli olduğunu başa düşən insanların sayı getdikcə artır" "Biz beynəlxalq ictimaiyyətin Xocalı qətliamını vandalizm və soyqırımı aktı kimi qınamasını gözləyirik"
Xarici siyasət
151
27 Fevral , 2018 03:06
Polad Bülbüloğlu: Ermənistanda da Xocalı faciəsinin nə qədər dəhşətli olduğunu başa düşən insanların sayı getdikcə artır
Report

Moskva. 27 fevral. REPORT.AZ/ "Nə qədər ki, Azərbaycan mövcuddur, nə qədər ki, Azərbaycanlılar var, bizim xalqımız Xocalı faciəsini heç vaxt unutmayacaq".

"Report"un Rusiya bürosu xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə keçirilən tədbirin açılış mərasimində deyib.

Səfir qeyd edib ki, Ermənistanın özündə elə çoxlu sayda insan bu faciənin nə qədər dəhşətli olduğunu başa düşür.

"Dünya ictimaiyyəti tərəfindən qınanmazsa, törədilmiş müsibət və zülm mütləq təkrarlanacaq. Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un rəhbəri Leyla Əliyeva tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı böyük işlər görülür", - deyə Polad Bülbüloğlu əlavə edib.

Səfir daha sonra faciəyə həsr olunmuş "Zülmətdən qaçanlar" filmini elan edərək tədbir və filmin nümayişi üçün şərait yaratdığına görə, Moskvanın Yəhudi Tolerantlıq Muzeyi və Mərkəzi rəhbərliyinə minnətdarlığını bildirib.

"Xüsusi olaraq qeyd etmək istəyirəm ki, filmin Los-Ancelesdəki təqdimatı dünyada Holokostun ən böyük muzeylərindən birində olub. Yəhudi xalqı bizim ağrı-acımızı digərlərindən daha başa düşür və bölüşür, çünki o da öz tarixində çox faciəvi hadisələr yaşayıb", - deyə o əlavə edib.

"Zülmətdən qaçanlar" filmi ABŞ-da çəkilib və faciəni yaşamış şahidlərin ifadələrinə, Amerika ictimaiyyətinin və Azərbaycanda yaşayan müxtəlif konsessiya nümayəndələrinin hüquqi qiymətləndirməsinə əsaslanır. Filmin epiqrafı britaniyalı publisist və ictimai xadim Edmund Berkin məşhur ifadəsidir: "Pisliyin qələbəsi üçün lazım olan tək şey yaxşı insanların susmasıdır".

Moskvanın Yəhudi Tolerantlıq Muzeyi və Mərkəzində nümayiş olunan film son dərəcə təsirli alınıb – iştirakçılardan bir çoxu gözyaşlarını saxlaya bilməyib.

Tədbirdə çıxış edən Rusiya ictimaiyyəti nümayəndələri və xarici qonaqlar bildiriblər ki, Xocalı soyqırımının tanınmasına yönəlmiş səylər artıq öz bəhrəsini verir: dünyanın 16 ölkəsinin parlamenti və ABŞ-ın 2- ştatı bu faciəni insanlığa qarşı cinayət kimi tanıyıb, dünyanın bütün nöqtələrində müxtəlif anım aksiyaları keçirilir.

Beləliklə, məsələn, Qüdsün Prezident bağında Xocalıda günahsız şəkildə öldürülən sakinlərin xatirəsinə 613 ağac əkilib, Praqada isə faciəyə həsr olunmuş şeirlər toplusu təqdim olunub.

Son xəbərlər

Orphus sistemi