Pol Çi Ho Lau: “GlobE Network”un Bakıda keçirilən iclası qarşılıqlı əlaqələrin gücləndirilməsində əsas rol oynayır
- 20 may, 2025
- 14:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda keçirilən “GlobE Network”un altıncı plenar iclası müxtəlif ölkələrin korrupsiyaya qarşı mübarizə qurumları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsində əsas rol oynayır.
"Report" xəbər verir ki, bunu iclas çərçivəsində Honkonqun (Çin) Korrupsiyaya qarşı mübarizə üzrə Müstəqil Komissiyasının nümayəndəsi Pol Çi Ho Lau jurnalistlərə bildirib.
"Bu platforma zərurətdir. Əlbəttə, biz beynəlxalq əməkdaşlığı başqa yollarla da davam etdirə bilərdik, lakin belə bir struktur olmadan o, bu qədər səmərəli olmazdı. Plenar iclas çərçivəsində biz şəxsən görüşmək, təcrübə mübadiləsi aparmaq, daha möhkəm əlaqələr qurmaq imkanına malikik", - o qeyd edib.
P.Lau vurğulayıb ki, “GlobE Network” həmçinin hüquq-mühafizə orqanları üçün qorunan kommunikasiya platforması təqdim edir:
"Biz bu platformaya etibar edə bilərik. Bütün kommunikasiyalar şifrələnib, bu da hüquq-mühafizə fəaliyyəti üçün xüsusilə əhəmiyyətlidir. Bu, qarşılıqlı əlaqəni təkcə səmərəli deyil, həm də təhlükəsiz edir. Biz sadəcə onun üstünlüklərindən istifadə etmirik, həm də bu şəbəkəni digər ölkələr və təşkilatlarla birlikdə inkişaf etdirmək üçün öz bilik və təcrübəmizi bölüşməyə borcluyuq. Məhz buna görə biz buradayıq".