Parlamentin spikeri: "Çexiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

Parlamentin spikeri: "Çexiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" "Çexiya Azərbaycan ilə strateji tərəfdaşlığı yüksək qiymətləndirir və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində maraqlıdır"
Xarici siyasət
14 Mart , 2016 11:53
Parlamentin spikeri: Çexiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Bakı. 14 mart. REPORT.AZ / "Çexiya Azərbaycanın ərazi bütövlüyünü və bununla əlaqədar BMT və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri dəstəkləyir".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Çexiya Respublikasının parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek bildirib.

O, tələb olunacağı təqdirdə Çexiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində öz rolunu oynamağa hazır olduğunu qeyd edib.

"Çexiya Azərbaycan ilə strateji tərəfdaşlığı yüksək qiymətləndirir və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində maraqlıdır" deyən Yan Hamaçek birinci Avropa Oyunları zamanı Bakıya səfər etdiyini və azərbaycanlı həmkarı Oqtay Əsədovla bir neçə görüş keçirdiyini xatırladıb.

"Siyasi səviyyədə çox yaxşı əlaqələrimiz var. İqtisadi baxımdan isə bir qədər aşağıdır. Azərbaycan Çexiyanın əsas neft ixracatçısıdır. Bizsə ticarət balansını Çexiya avtomobillərini Azərbaycan bazarına təqdim etməklə yaratmaq istərdik", - deyə Çexiya Respublikası parlamentinin Deputatlar Palatasının sədri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi