Parlament sədri: "Yeni Kaledoniyanın müstəqilliyini bərpa etməsinin zamanı yetişib"

Xarici siyasət
  • 06 iyul, 2023
  • 08:40
Parlament sədri: Yeni Kaledoniyanın müstəqilliyini bərpa etməsinin zamanı yetişib
Rok Vamitan

"Azərbaycan Prezidenti İlham Əliyevin sözləri kanak xalqının müstəqilliyinə nail olması baxımından vacib dəstəkdir. Qoşulmama Hərəkatının iclasında müstəmləkəçiliklə bağlı bəyanatına görə Azərbaycanın dövlət başçısına təşəkkür edirəm".

Bunu "Report"a açıqlamasında Yeni Kaledoniya parlamentinin sədri Rok Vamitan (Rock Wamytan) deyib.

O bildirib ki, Yeni Kaledoniya öz müstəqilliyini qaytarmalıdır: "Bunun üçün zaman yetişib. Kanak xalqı artıq 160 ildən çoxdur ki, müstəmləkə altındadır və buna son qoyulmalıdır".