Yuxarı

Papa Fransisk Şəhidlər xiyabanını ziyarət edib

O, Əbədi məşəl önündə dualar edib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün səhər saatlarından Azərbaycanda səfərdə olan Roma Papası Fransisk Şəhidlər xiyabanını ziyarət edib.

"Report" xəbər verir ki, Papa Əbədi məşəl önündə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlər üçün dualar edib.

Mərasim zamanı Azərbaycan himni səsləndirilib. Qonağı Bakı şəhərinin meri Hacıbala Abutalıbov müşayiət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi