Pakistanlı ekspert: “31 Mart azərbaycanlılar üçün faciəvi gündür”

Pakistanlı ekspert: “31 Mart azərbaycanlılar üçün faciəvi gündür” "31 mart Azərbaycanın dinc əhalisinə qarşı ağlasığmaz vəhşiliklərin, soyqırımının törədildiyi gündür".
Xarici siyasət
31 Mart , 2023 17:55
Pakistanlı ekspert: “31 Mart azərbaycanlılar üçün faciəvi gündür”

"31 Mart Azərbaycanın dinc əhalisinə qarşı ağlasığmaz vəhşiliklərin, soyqırımının törədildiyi gündür".

Bunu “Report”a açıqlamasında pakistanlı ekspert, Pakistan və Azərbaycan Məzunları Assosiasiyasının təsisçisi Kayser Nəvab deyib.

Pakistanlı ekspert bu dəhşətli əməllərə və insanlığa qarşı cinayətlərə görə bütün məsuliyyətin ermənilərin üzərinə düşdüyünü bildirib.

“Beynəlxalq ictimaiyyət günahkarların əməllərinə görə məsuliyyətə cəlb olunması və gələcəkdə oxşar faciələrin qarşısının alınması üçün qəti addımlar atmalıdır”, - o deyib və əlavə edib ki, 31 Martda baş verənlərin soyqırımı aktı kimi tanınması da bura aiddir.

Kayser Nəvabın sözlərinə görə, beynəlxalq ictimaiyyət regionda təhlükəsizlik və sabitlik naminə sülhün, insan hüquqlarına hörmətin, müxtəlif etnik qruplar arasında tolerantlığın təşviqi istiqamətində çalışmaqla gələcəkdə belə faciələrin qarşısının alınmasında öz rolunu oynaya bilər.

“Yalnız dialoq, əməkdaşlıq və beynəlxalq hüquqa hörmət mədəniyyəti sayəsində regionun bütün sakinləri üçün daha yaxşı gələcək qura bilərik”, - K.Nəvab fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi