Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Bakının Atatürk parkında ağacəkmə aksiyası keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak ediblər.
Pakistan səfiri deyib ki, bugünkü tədbir iki ölkə arasında yaxın dostluğun göstəricisidir: “Bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdardır. Bu ağac qardaşlığımızın, münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinin simvoludur”.
Diplomat dövlətlərin həm Qarabağ, həm də Cammu və Kəşmir məsələsində daim bir-birinə dəstək verdiklərini vurğulayıb.
“Pakistan hər zaman dost Azərbaycanın yanındadır”, - B.Haye bildirib.