Azərbaycanın Pakistandakı Səfirliyi İslamabad Şəhəri İcra Hakimiyyəti ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə İslamabad şəhərinin paytaxt parkında ağacəkmə aksiyası keçirib.
Səfirlikdən "Report"a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə Pakistanın dövlətlər və sərhəd regionları üzrə federal naziri Məhəmməd Talha Mahmud, İslamabad Şəhəri İcra Hakimiyyətinin başçısı Nur Ul Amin Menqal, xarici ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri və Azərbaycanın Pakistandakı Səfirliyinin kollektivi iştirak ediblər.
Səfir Xəzər Fərhadov müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin zəngin həyat yolu, böyük siyasi iradəsi və Azərbaycanın müstəqilliyi və inkişafı naminə gördüyü böyük işlər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Aksiyada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 100 ağac əkilib.