Ötən il Azərbaycandan ayrılmış səfir vəfat edib

Ötən il Azərbaycandan ayrılmış səfir vəfat edib Belarusun Azərbaycandakı səfirliyi məlumatı təsdiqləyib
Xarici siyasət
15 Mart , 2021 15:47
Ötən il Azərbaycandan ayrılmış səfir vəfat edib

Belarusun Azərbaycandakı keçmiş səfiri Gennadi Axramoviç 56 yaşında vəfat edib.

“Report” xəbər verir ki, o, COVID-19-dan ölüb.

Belarusun Azərbaycandakı səfirliyi məlumatı təsdiqləyib.

Qeyd edək ki, G.Axramoviç 1995-ci ildən Belarus Xarici İşlər Nazirliyində çalışıb.

1997-2000-ci illərdə Latviyadakı səfirliyin birinci katibi, 2003-2009-cu illərdə Dauqavpilsdə (Latviya) baş konsul, 2009-2015-ci illərdə isə xüsusi təyinatlı səfir kimi fəaliyyət göstərib. 2015-2020-ci illərdə isə ölkəsinin Azərbaycandakı səfiri olub. Bu vəzifədə onu Andrey Ravkov əvəz edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2020-ci ilin dekabrında diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar G.Axramoviçi qəbul etmişdi.

Son xəbərlər

Orphus sistemi