Yuxarı
    Bağlamaq

    Oqtay Əsədov İrana gedəcək

    O, İranın ikinci dəfə seçilən Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcək

    Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov sabah İrana gedəcək.

    İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, o, İranın ikinci dəfə seçilən Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcək.

    Xatırladaq ki, H.Ruhanı mayın 19-da keçirilən seçkilərin ikinci turunda əsas rəqibi, İranın keçmiş baş prokuroru İbrahim Rəisini qabaqlayaraq, ikinci dəfə prezident seçilib. O seçici səslərinin 57,14%-ni qazanıb.

    Avqustun 3-də H.Ruhani İranın ali lideri ayətullah Əli Xameneyi qarşısında and içib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi