Yuxarı

Oktyabrda Aİ Azərbaycanla strateji tərəfdaşlıq barədə danışıqlara başlamaq üçün mandat verəcək

Nazir müavini: Bu sazişin imzalanması Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının səviyyəsinı artırmağa imkan verəcək

Bakı. 23 iyun. REPORT.AZ/ Bu ilin oktyabr ayında Avropa İttifaqının Azərbaycanla strateji tərəfdaşlıq barədə danışıqlara başlamaq üçün mandat verəcəyi gözlənilir.

"Report" xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Mobillik naminə Tərəfdaşlıq üzrə beynəlxalq konfransda məlumat verib.

O, Aİ-nin keçən il Riqada keçirilən sammitində Azərbaycanla strateji əməkdaşlığa dair saziş layihəsinin təqdim olunduğunu xatırladıb. M.Məmmədquliyev bu sazişin imzalanmasının Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının səviyyəsini artırmağa imkan verəcəyini vurğulayıb.

Nazir müavini, həmçinin ilin ikinci yarısında Aİ-də Azərbaycan üzrə Alt Komitələrin iclasının keçirilməsinin planlaşdırıldığını xəbər verib. "Biz, həmçinin aviasiya sahəsində Aİ ilə saziş üzrə danışıqları davam etdirməyi planlaşdırırıq", - deyə o əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi