26 sentyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda görüş keçiriblər.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.
Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.
ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında üçlü görüş başa çatıb.
"Report"un ABŞ bürosu xəbər verir ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.
Görüş mediaya qapalı keçib.
ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında üçlü görüş başlayıb.
"Report"un ABŞ bürosu xəbər verir ki, görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.
Görüş mediaya qapalı keçirilir.
FOTO: Vüsalə Abbasova