Yuxarı

Nuşirəvan Məhərrəmov ATƏT-in nümayəndələri ilə siyasi reklamın yayımı məsələlərini müzakirə edib

MTRŞ-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Seçki Bölməsinin nümayəndələri ilə görüş keçirilib

Bakı. 12 avqust. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Seçki Bölməsinin baş məsləhətçisi Riçard Lappin və məsləhətçi Radiovoe Qruiçi qəbul edib. Bu barədə “Report”a MTRŞ-dən məlumat verilib.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Milli Televiziya və Radio Şurasının məqsəd və vəzifələri, funksiyaları barədə qonaqları məlumatlandırıb.

Görüşdə televiziya və radio yayımında seçkiqabağı təbliğat və təşviqat kampaniyasında siyasi reklamın yayımı ilə bağlı məsələlər müzakirə edilib. Görüşdə həmçinin Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov qonaqları maraqlandıran sualları cavablandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi