Nuri Aksu: “Qarabağda aparılan yenidənqurma işləri çox vacibdir”

Xarici siyasət
  • 10 oktyabr, 2023
  • 07:03
Nuri Aksu: “Qarabağda aparılan yenidənqurma işləri çox vacibdir”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində - Qarabağda aparılan quruculuq və bərpa işləri mühüm əhəmiyyət kəsb edir”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun mədəniyyət və nəşriyyat üzrə məsləhətçisi Nuri Aksu “Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri” beynəlxalq konfransının açılış mərasimində deyib.

Onun sözlərinə görə, hazırda şəhərlərin mühafizəsi və onlarda aparılan bərpa işləri Türk Dövlətləri Təşkilatının (TDT) əsas fəaliyyət istiqamətlərindəndir.

N.Aksu bu il Qazaxıstanda “Şuşa günləri”nin keçirildiyini də xatırladıb: “Türk irsinin qorunması, eləcə də bərpa, texniki və təhsil məsələləri istiqamətində fəaliyyətimizi davam etdiririk. Biz həmçinin türk mədəniyyətinə aid abidələrin və obyektlərin siyahısının tərtibi üzərində işləyirik. Bu nəticədə UNESKO-nun irs siyahısını tamamlayacaq".