Yuxarı

Novruz Məmmədov: "Qərbin-Avropanın rəhbərləri həyata keçirdikləri siyasətin hansı nəticələri olacağını dərindən düşünməlidirlər"

PA-nın şöbə müdiri: SSRİ dağılandan sonra beynəlxalq aləmdə gedən proseslərdə əsas məsuliyyəti Qərb-Avropa daşıyır

Bakı. 4 sentyabr. REPORT.AZ/ "Varşava müqaviləsi və SSRİ dağılandan sonra beynəlxalq aləmdə gedən proseslərdə əsas məsuliyyəti Qərb-Avropa daşıyır".

"Report"un məlumatına görə, bunu "twitter" səhifəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yazıb.

N.Məmmədov hesab edir ki, Qərbin-Avropanın rəhbərləri atdıqları addımların, həyata keçirdikləri siyasətin hansı nəticələri olacağını ətraflı, dərindən düşünməlidirlər: "Çox təəssüf ki, hələlik belə deyil".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi