Yuxarı

​PA rəsmisi: "Hər tərəfdən müxtəlif xarakterli təzyiqlərə məruz qalırsansa deməli ölkə düzgün yolla irəliləyir"

“Əgər kiçik müsəlman ölkəsisənsə və zənginsənsə milli və dövlətçilik maraqlarını qorumaq çox çətin olur”

Bakı. 19 iyun. REPORT.AZ/ "Əgər kiçik müsəlman ölkəsisənsə və zənginsənsə milli və dövlətçilik maraqlarını qorumaq çox çətin olur və müstəqil xarici siyasət həyata keçirmək istəyirsənsə bu qeyri-mümkün olur".

“Report”un xəbərinə görə, bunu, Azərbaycana qarşı edilən xarici təzyiqlərin şərh edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “twitter” hesabında yazıb.

Onun fikrincə, əgər ölkə hər tərəfdən müxtəlif xarakterli təzyiqlərə və hücumlara məruz qalırsa, deməli düzgün yolla irəliləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi