Bakı. 25 iyun. REPORT.AZ/ "Avropa İttifaqının bəzi strukturlarıyla birlikdə
"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb.
PA rəsmisi bildirib ki, bu qurumların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bunu açıq-aydın göstərir. "İkili standartın digər nümunəsi də budur. Təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər.
Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur".