Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri İlham Əliyevə başsağlığı verib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri İlham Əliyevə başsağlığı verib Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Xarici siyasət
26 Dekabr , 2024 16:16
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri  İlham Əliyevə başsağlığı verib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı dəhşətli xəbər bizi dərindən kədərləndirdi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Zati-alinizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, kədərinizi bölüşür, dəstəyimizi bildiririk, yaralıların isə tezliklə sağalmalarını arzulayırıq.

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik.

Hörmətlə,

Vayra Vike-Freyberqa

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti

İsmail Serageldin

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti

Mariya Fernanda Espinoza

BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri,

2017-2018-ci illərdə Ekvadorun xarici işlər naziri

Rosen Plevneliyev

2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti

İvo Yosipoviç

2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti

Filip Vuyanoviç

–2003-2018-ci illərdə Monteneqronun Prezidenti

Zlatko Laqumciya

2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri

Eka Tkeşelaşvili

2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini

Volkan Bozkır

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri

Petar Stoyanov

1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti

Vuk Yeremiç

BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri".

Son xəbərlər

Orphus sistemi