Nikol Paşinyan: “Azərbaycanla sülh və nizamlanmanın 3 əsas prinsipi razılaşdırılıb”

Nikol Paşinyan: “Azərbaycanla sülh və nizamlanmanın 3 əsas prinsipi razılaşdırılıb” “Sülh müqaviləsinin imzalanması reallığa çevrilə bilər”.
Xarici siyasət
30 Oktyabr , 2023 10:34
Nikol Paşinyan: “Azərbaycanla sülh və nizamlanmanın 3 əsas prinsipi razılaşdırılıb”
Nikol Paşinyan

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması reallığa çevrilə bilər”.

“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında deyib.

O bildirib ki, Azərbaycanla razılaşdırılmış 3 əsas sülh və nizamlanma prinsipi var: “Əgər bu prinsiplərə əməl olunsa, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək”.

N.Paşinyan həmin prinsiplər barədə də danışıb: "Bunlardan birincisi, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasıdır. İkinci prinsip Almaatı bəyannaməsi əsasında sərhədlərin delimitasiyasıdır. Üçüncü prinsip isə regional kommunikasiyaların qarşılıqlı şəkildə açılmasıdır”.

Baş nazirin fikrincə, siyasi iradə olarsa, bu məsələlərdə irəliləyişə nail olmaq olar.

Qeyd edək ki, daha əvvəl Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Ermənistanın Azərbaycandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi aldığını bildirmişdi. Onun sözlərinə görə, İrəvan cavab üzərində işləyir.

Son xəbərlər

Orphus sistemi