Nigar Arpadarai: Azərbaycan COP31 və COP32-yə öz təcrübəsi ilə dəstək verməyə çalışır

Xarici siyasət
  • 12 noyabr, 2026
  • 14:30
Nigar Arpadarai: Azərbaycan COP31 və COP32-yə öz təcrübəsi ilə dəstək verməyə çalışır

Azərbaycan nümayəndə heyəti iqlim dəyişikliyi ilə mübarizəyə diqqəti artırmaq məqsədilə müzakirələr "İqlim çempionları" komandası və təcrübə mübadiləsi vasitəsilə COP31-ə dəstək verməyə çalışır.

Bu fikirləri "Report"un Türkiyə bürosuna COP29-un yüksək səviyyəli iqlim çempionu, deputat Nigar Arpadarai Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Azərbaycan pavilyonunda təşkil olunan "Özəl sektor və enerji tərəfdaşlığı dialoqu"ndan sonra bildirib.

Onun sözlərinə görə, COP31 Türkiyənin iqlim siyasətinə təkan verməklə yanaşı, qardaş ölkənin iqtisadiyyatına da müsbət töhfə verəcək.

COP29-un yüksək səviyyəli iqlim çempionu Azərbaycan pavilyonunda keçirilən müzakirələrə də toxunaraq sessiyada özəl sektorun iqlim prosesində iştirakının diqqət mərkəzində olduğunu vurğulayıb:

"Bu sessiyada maraqlı müzakirə aparıldı və müxtəlif şirkətlərin rəhbərləri iştirak etdilər. Bu müzakirələr COP31-in məqsədləri ilə də uzlaşır".

N.Arpadarai həmçinin COP29 komandası olaraq əvvəlki dövrdə özəl sektor və qeyri-dövlət aktorları ilə sıx əməkdaşlıq etdiklərini xatırladıb:

"1000-dən çox şirkət rəhbərini Bakıya dəvət edərək böyük biznes forumu keçirmişdik. Bununla yanaşı, üç il ərzində Bakı İqlim Fəaliyyəti Həftəsi təşkil etdik. Bu tədbirlərdə dövlət qurumlarının nümayəndələri ilə yanaşı, QHT-lərin, biznes sektorunun və gənclərin də iştirakını təmin etməyə çalışdıq.

O, Azərbaycanın gələn il Efiopiyada keçiriləcək COP32-yə də yaxından dəstək verəcəyini söyləyib, çünki COP29 təcrübəsinin bölüşülməsi Azərbaycan nümayəndə heyətindən xahiş olunub.

44 filmi