Niderland səfiri Sabirabad rayonuna səfər edib

Niderland səfiri Sabirabad rayonuna səfər edib Səfir tədbirdə iştirak edib, vətəndaş cəmiyyətinin nümayəndələri və rayon rəsmiləri ilə görüşüb
Xarici siyasət
22 Avqust , 2017 11:32
Niderland səfiri Sabirabad rayonuna səfər edib

Bakı. 22 avqust. REPORT.AZ/ Niderlandın Azərbaycandakı səfiri Onno Kervers Sabirabad rayonuna səfər edib.

Niderland səfirliyindən "Report"a verilən məlumata görə, o, uşağın cinsinə gö­rə edilən selektiv ab­ortların qarşısının a­lınması l­ayihəsinə həsr olunmuş tədbirdə iştirak edib.

Qeyd edək ki, bu layihə Niderland Kra­llığı tərəfindən ma­liyyələşdirilir və BMT­-nin Əhali Fondu və yerli icra hakimiyyəti tərəfindən həy­ata keçirilir.

Bundan başqa, səfir Sabirabad rayonunda vətəndaş cəmiyyətinin nümayəndələri və rəsmi şəxslərlə görüşüb.

Son xəbərlər

Orphus sistemi