Azərbaycan və Türkiyə XİN başçılarının müzakirə etdikləri məsələlər açıqlanıb

Azərbaycan və Türkiyə XİN başçılarının müzakirə etdikləri məsələlər açıqlanıb “Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq, müttəfiqlik münasibətləri hər zaman sıx olub”.
Xarici siyasət
5 Mart , 2022 14:30
Azərbaycan və Türkiyə XİN başçılarının müzakirə etdikləri məsələlər açıqlanıb

“Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq, müttəfiqlik münasibətləri hər zaman sıx olub”.

“Report”un xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“44 günlük Vətən müharibəsi ölkələrimiz arasındakı qardaşlığın bir təzahürü oldu. Türkiyənin siyasi və mənəvi dəstəyi olduqca önəmli oldu”, - nazir bildirib.

O vurğulayıb ki, Türkiyə şirkətləri ilk gündən Azərbaycanın işğaldan azad olunan torpaqlarının bərpa prosesinə cəlb olunublar: “Bölgədə yaranmış yeni reallıqlar konteksində tarixi Şuşa Bəyannaməsi imzalandı. Azərbaycan-Türkiyə münasibətləri barədə saatlarla danışmaq olar. Bu gün əziz qardaşımla bir çox məsələni müzakirə etdik. Onlar bir sıra sənədin, sazişin icrası ilə bağlıdır”.

Son xəbərlər

Orphus sistemi