Yuxarı
    Bağlamaq

    Nazir: "TAP layihəsinin Azərbaycan-İtaliya münasibətlərinə töhfə verəcəyinə əminik"

    E.Məmmədyarov Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun və Argentina Milli Konqresi Deputatlar Palatasının üzvləri ilə görüşüb

    Bakı. 29 sentyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun sədr müavini Mauro Marinonun rəhbərlik etdiyi senator və deputatlardan ibarət nümayəndə heyəti ilə görüşüb.

    XİN-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

    Nazir Elmar Məmmədyarov 2019-cu ildə tamamlanması gözlənilən TAP layihəsinin iki ölkə arasında münasibətlərə töhfə verəcəyinə əminlik ifadə edib və ölkəmizin İtaliya ilə enerji sahəsində əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

    Bakı Humanitar Forumunda iştirak üçün dəvətə görə nümayəndə heyəti adından təşəkkürünü ifadə edən Mauro Marino sözügedən forumun fəaliyyətini yüksək qiymətləndirib və müasir dünyanı narahat edən aktual məsələlərin müzakirəyə çıxarıldığını bildirib.

    Xarici işlər naziri Elmar Məmmədyarov Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri xanım Patrisiya Ximenezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb.

    Görüş zamanı tərəflər Azərbaycan və Argentina arasında müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparıb, siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əzmlərini ifadə ediblər.

    Xanım Patrisiya Ximenez Bakıda keçirilən Beynəlxalq Humanitar Foruma dəvət olunduğu üçün təmsil etdiyi qurum adından təşəkkürünü bildirib. O, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi üçün ideal məkan olduğunu vurğulayıb.

    Nazir Elmar Məmmədyarov müasir aktual problemlərin birgə səylərlə həll olunması, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərin müzakirə olunduğu nüfuzlu elmi-siyasi platforma kimi Bakı Humanitar Forumunun əhəmiyyəti haqda danışaraq, forumda daha çox müraciət olunan müxtəlif sivilizasiyalar, mədəniyyətlət və dini konfessiyalar arasında dinc birgə yaşama, multikulturalizm və tolerantlıq ənənələrinin inkişaf etdirilməsi kimi məsələlərdə Azərbaycanın dünyaya nümunə olduğunu qeyd edib.

    Görüşdə həmçinin dini zəmində baş verən münaqişələr, terrorizmə qarşı mübarizə kimi məsələlər də müzakirə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi