Nazir: “Oxçuçayın çirkləndirilməsi İran üçün də ciddi ekoloji problemlər yaradır”

Nazir: “Oxçuçayın çirkləndirilməsi İran üçün də ciddi ekoloji problemlər yaradır” “Beynəlxalq ekspertlərin cəlb edilməsi ilə aparılmış monitorinq nəticəsində 54 min 300 hektardan artıq ərazidə meşələrin tam qırılması faktı öz təsdiqini tapıb".
Xarici siyasət
2 İyul , 2021 12:30
Nazir: “Oxçuçayın çirkləndirilməsi İran üçün də ciddi ekoloji problemlər yaradır”

“Beynəlxalq ekspertlərin cəlb edilməsi ilə aparılmış monitorinq nəticəsində 54 min 300 hektardan artıq ərazidə meşələrin tam qırılması faktı öz təsdiqini tapıb. Monitorinq nəticəsində 31 mədənin qanunsuz və vəhşicəsinə istifadə edildiyi müəyyənləşdirilib. Hazırda monitorinqlər davam edir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 2-də Bakıda qırğızıstanlı həmkarı Ruslan Kazakbayevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanın azad olunmuş Oxçuçay çayında aparılmış monitorinq nəticəsində suyun tərkibində ağır metalların və digər kimyəvi maddələrin normadan 10 dəfələrlə artıq olması aşkarlanıb: “Bunun səbəbi Ermənistan ərazisində fəaliyyət göstərən mis-molibden zavodu və mis-filiz saflaşdırma kombinatıdır - orada istifadə olunan texnologiyaların heç birin normalara uyğun gəlməməsi, istehsalat tullantılarının bilavasitə çaya axıdılması nəticəsində bu gün bu ekoloji fəlakətin şahidiyik”.

XİN başçısı xatırladıb ki, Oxçuçay Araz çayına daxil olur: “Beləliklə bu, Azərbaycanla yanaşı İran üçün də ciddi ekoloji problemlər yaradır”.

Son xəbərlər

Orphus sistemi