Yuxarı
    Bağlamaq

    Nazir müavini: "Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlar yaxın zamanlarda başlayacaq"

    Mahmud Məmmədquliyev: Azərbaycanın danışıqlarda iştirak edəcək nümayəndə heyətinin formalaşdırılması prosesi davam edir

    Bakı. 20 yanvar. REPORT.AZ/ "Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanması üzrə danışıqlar yaxın zamanlarda başlayacaq".

    "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

    O bildirib ki, Azərbaycanın danışıqlarda iştirak edəcək nümayəndə heyətinin formalaşdırılması prosesi davam edir.

    Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar prosesinə toxunan nazir müavini qeyd edib ki, bu il ərzində Cenevrədə görüşün keçirilməsi nəzərdə tutulur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi