Nazir: Ermənistanla Azərbaycan arasında ikitərəfli danışıqlar müsbət nəticələr verir

Nazir: Ermənistanla Azərbaycan arasında ikitərəfli danışıqlar müsbət nəticələr verir Maltanın XİN rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədrinə Ermənistanla Azərbaycan arasında münaqişənin həlli istiqamətində son məlumatlar verilib.
Xarici siyasət
14 May , 2024 13:05
Nazir: Ermənistanla Azərbaycan arasında ikitərəfli danışıqlar müsbət nəticələr verir

Maltanın XİN rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədrinə Ermənistanla Azərbaycan arasında münaqişənin həlli istiqamətində son məlumatlar verilib.

"Report"un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla keçirdiyi mətbuat konfransında deyib.

XİN rəhbəri vurğulayıb ki, bu kontekstdə iki ölkə arasında birbaşa danışıqlar müsbət nəticələr verir.

“Son altı ayda sülh quruculuğu yolunda atılan addımlar buna sübutdur. Müsbət inkişaf kimi iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanılmasını, 90-cı illərdən işğal altında olan dörd kəndin Azərbaycana qaytarılmasını göstərmək olar”, - nazir deyib.

Son xəbərlər

Orphus sistemi