Nazir: "Ermənistan hərbçilərinin işğal edilmiş ərazilərdə mövcudluğu Qarabağ münaqişəsinin həllində əsas maneədir"

Nazir: "Ermənistan hərbçilərinin işğal edilmiş ərazilərdə mövcudluğu Qarabağ münaqişəsinin həllində əsas maneədir" Bakı. 5 aprel. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində Vyetnam Sosialist Respublikasının xarici işlər nazirinin müavini Danq Din Quyu qəbul edib.
Xarici siyasət
5 Aprel , 2018 17:57

Bakı. 5 aprel. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində Vyetnam Sosialist Respublikasının xarici işlər nazirinin müavini Danq Din Quyu qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Danq Din Quyu Azərbaycanda olmasından məmnunluğunu bildirib və tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını çatdırıb. 

Görüş zamanı tərəflər Azərbaycan Prezidenti İlham Əliyevin 18-19 may 2014-cü il tarixlərində Vyetnama və Vyetnam Prezidenti Çıonq Tan Sangın 13-15 may 2015-ci il tarixlərində Azərbaycana dövlət səfərlərinin ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ açdığını xüsusilə qeyd ediblər.

Azərbaycan və Vyetnam arasında münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən tərəflər qarşılıqlı səfər mübadiləsinin və müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar. 

İki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu və iqtisadi, enerji, kənd təsərrüfatı, turizm, elm və təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edən tərəflər bu xüsusda qarşılıqlı biznes forumların keçirilməsinin zəruriliyini vurğulayıblar. 

E.Məmmədyarov Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin Vyetnam daxil olmaqla region ölkələrinin məhsullarının Şərqi və Şimali Avropa ölkələrinə çıxarılması üçün əlverişli və sərfəli imkanlar yaratdığını diqqətə çatdırıb.

XİN başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi barəsində məlumat verərək münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini və Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun münaqişənin həllində əsas maneə olduğunu xüsusilə qeyd edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi