Nazir: "Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığı prioritet istiqamətlərdən biri sayır"

Nazir: "Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığı prioritet istiqamətlərdən biri sayır" "Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığı öz xarici siyasətinin prioritet istiqamətlərindən biri hesab edir".
Xarici siyasət
26 May , 2022 15:23
Nazir: Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığı prioritet istiqamətlərdən biri sayır

"Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığı özünün xarici siyasətinin prioritet istiqamətlərindən biri hesab edir".

"Report" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Afrika Gününə həsr olunan "Qoşulmama Hərəkatının qiymətləndirilməsində Afrika qitəsinin rolu" adlı konfransda deyib.

"Azərbaycan Afrika ölkələrinin inkişafı üçün maliyyə yardımları edir, oradakı qızların təhsil almasına kömək göstərir. Afrikalı tələbələr Azərbaycanda Azərbaycan hökumətinin təqaüdü ilə təhsil alır", - nazir bildirib.

C.Bayramov söyləyib ki, Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı ilbəil genişlənir: "Məqsədimiz Azərbaycan və Afrika ölkələri arasında münasibətlərimizi diversifikasiya etməkdir. Qoşulmama Hərəkatına üzv ölkələr arasında, o cümlədən Afrika ölkələri ilə əməkdaşlığı yüksək qiymətləndiririk.

Qoşulmama Hərəkatının mövcud olduğu müddətdə təşkilata daxil olan ölkələr öz dəyərlərini nümayiş etdirdilər və biz birlikdə çoxşaxəli əməkdaşlıq imkanları yaratdıq. Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə biz Afrika ölkələrinin rifahı və firavanlığı naminə bu əlaqələri müxtəlif sahələrdə dərinləşdirməyə çalışmışıq".

Son xəbərlər

Orphus sistemi