Naxçıvan ilə İsveçrə arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Naxçıvan ilə İsveçrə arasında əməkdaşlıq məsələləri müzakirə olunub Naxçıvan Muxtar Respublikası (NMR) ilə İsveçrə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Xarici siyasət
13 Sentyabr , 2019 15:01
Naxçıvan ilə İsveçrə arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Naxçıvan Muxtar Respublikası (NMR) ilə İsveçrə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

“Report” İsveçrənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, səfir Muriel Pereveyre Naxçıvana gedərək muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbovla görüş keçirib.

Bununla yanaşı, səfirin NMR-in Maliyyə, eləcə də İqtisadiyyat nazirləri ilə keçirdiyi görüşlərdə İsveçrə ilə muxtar respublika arasındakı əlaqələrin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən 2001-2011-ci illər ərzində Naxçıvan MR-da su təchizatı və suvarma sistemlərinə dair layihənin maliyyələşdirilməsi ikitərəfli texniki əməkdaşlığın uğurlu nümunəsi kimi göstərilib.

Səfir M.Pereveyre və onu müşaiyət edən şəxslər həmçinin avtomobil və mebel istehsalı, mineral suların qablaşdırılması sahəsindəki müəssisələrə də baş çəkiblər.

Orphus sistemi