Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” ikinci festival-konqres keçirilir

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” ikinci festival-konqres keçirilir Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” ikinci festival-konqres keçirilir.
Xarici siyasət
21 İyun , 2024 09:29
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” ikinci festival-konqres keçirilir

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” ikinci festival-konqres keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, iyunun 21-22-də Şahbuz rayonunun Batabat yaylağında baş tutan “Qərbi Azərbaycana qayıdış” ikinci festival-konqresin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin, Azərbaycanın Elm və Təhsil Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə təşkil edilən festival-konqresdə Qərbi Azərbaycana məxsus folklor nümunələri, kulinariya, musiqi və yallı nömrələri, sərgilər, ədəbi-bədii kompozisiyalar təqdim olunacaq. Eyni zamanda, Qərbi Azərbaycandan olan iki gəncin toyunun da burada keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi