NATO sammitinin proqramı açıqlanıb

NATO sammitinin proqramı açıqlanıb Bakı. 10 iyul. REPORT.AZ / NATO sammiti iştirakçılarının 2020-ci ildən sonra əfqan qüvvələrinin maliyyələşməsini artırmağa razı olacaqları gözlənilir.
Xarici siyasət
10 İyul , 2018 17:18
NATO sammitinin proqramı açıqlanıb
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ / "NATO sammiti iştirakçılarının 2020-ci ildən sonra əfqan qüvvələrinin maliyyələşməsini artırmağa razı olacaqları gözlənilir".

"Report"un məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Alyansın sammitinin başlanmasına həsr olunmuş mətbuat konfransında deyib.

Xatırladaq ki, NATO-nun 29-cu sammiti iyulun 11-12-də Belçika paytaxtında keçiriləcək.

Baş katibin sözlərinə görə, iyulun 11-də sammit çərçivəsində üzv ölkələrin liderləri terrorizmlə mübarizədə NATO-nun rolunun artırılması ilə bağlı təkliflər verəcək, NATO-nun yüzlərlə təlimçisinin iştirakı ilə İraqda yeni təlim missiyasının başlanmasına razı olacaqlar.

Sammitin gedişində müttəfiqlər Skopyeni Şimali Makedoniya Respublikası adı altında NATO-ya üzv olmağa dəvət etmək niyyətindədir.

Sammit tərəfdaş ölkələrin iştirakı ilə Əfqanıstan üzrə görüşlə yekunlaşacaq.

Tədbirdə 54 rəsmi nümayəndə heyəti iştirak edəcək. 

İngilis versiyası NATO Summit program unveiled

Son xəbərlər

Orphus sistemi