NATO baş katibi: "Biz Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə qərarlıyıq"

NATO baş katibi: "Biz Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə qərarlıyıq" Stoltenberq: "Azərbaycanla NATO arasında əməkdaşlıq bir çox sahələri əhatə edir"
Xarici siyasət
867
23 Noyabr , 2017 13:47
NATO baş katibi: Biz Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə qərarlıyıq

Bakı. 23 noyabr. REPORT.AZ/ "Azərbaycanla NATO arasında əməkdaşlıq potensialın inkişafından enerji təhlükəsizliyinin təmin olunmasına qədər bir çox sahələri əhatə edir".

"Report" xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Biz seçdiyimiz bütün sahələrdə işə davam etmək və əməkdaşlığımızı inkişaf etdirməkdə qərarlıyıq", - NATO baş katibi qeyd edib və Azərbaycanı təhlükəsizlik sektorunda islahatlar həyata keçirməyə çağırıb.

Y.Stoltenberq həmçinin Azərbaycan Prezidenti ilə görüş zamanı Cənubi Qafqazda regional təhlükəsizlik məsələsinin müzakirə olunduğunu qeyd edib. 

Son xəbərlər

Orphus sistemi