Müstəqil Martinik Hərəkatı: "Fransa əhalimizi öldürür, yerində fransızları məskunlaşdırır"
- 20 oktyabr, 2023
- 08:21
Yeniliklərdən dərhal xəbərdar olun!
"Fransa əhalimizi öldürür, yerində fransızları məskunlaşdırır".
"Report" xəbər verir ki, bunu Müstəqil Martinik naminə Ekoloqlar və Demokratlar Hərəkatının nümayəndəsi Klaudet Duhamel Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, ölkədə bir faiz olsa belə, bütün iqtisadiyyat fransız müstəmləkəçilərin əlindədir: "Xalqımız ölkəni idarə edə bilmir, ölümcül vəziyyətdədir. Kənd təsərrüfatımız var idi, amma artıq keçmişdə qalıb. Onlar torpaqlarımızı zəhərləyib məhv etdilər. Ona görə də ərzağımızı başqa yerdən almalıyıq. Biz idxaldan asılı vəziyyətə gəlmişik. Artıq gəncliyimiz nə edəcəyini bilmir, üfüqdə heç nə görmür. Fransadan qorxurlar, çünki sürgün edilirlər. Kanakda və Polineziyada törətdiklərini bizdə də edirlər, əhalimizi öldürürlər. Onların yerində də fransızları məskunlaşdırırlar, onlar quldarlardır. Mənim nəslimdən olan insanlar böyük bədəl ödəyib, çünki davamlı mübarizə aparmışıq. Bu günün gəncləri isə boykota qərar veriblər, onlar böyük supermarketləri boykot etdilər, nəticədə dəhşətli repressiya baş verdi. Gəncləri həbs etdilər. Ölkədə aparıcıların hamısı ağdərilidir".