BMT nümayəndəsi: "Münaqişələrin qarşısını almaq baxımından dialoqun əhəmiyyəti şəksizdir"

BMT nümayəndəsi: "Münaqişələrin qarşısını almaq baxımından dialoqun əhəmiyyəti şəksizdir" “Münaqişələrin və zorakı ekstremizmin qarşısını almaq baxımdan dialoqun əhəmiyyəti şəksizdir”.
Xarici siyasət
2 May , 2019 13:06
BMT nümayəndəsi: Münaqişələrin qarşısını almaq baxımından dialoqun əhəmiyyəti şəksizdir

“Münaqişələrin və zorakı ekstremizmin qarşısını almaq baxımdan dialoqun əhəmiyyəti şəksizdir”.

“Report” xəbər verir ki, bu fikri Bakıda keçirilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışı zamanı BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) üzrə ali nümayəndəsi Miquel Moratinos deyib.

O, əməkdaşlığın inkişafı üçün dialoq, hərəkət, alyans istilahlarının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

“UNAOC ruhani liderlər, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, qadınlar, akademik dairələr, media, biznes  daxil olmaqla maraqlı tərəflərin geniş dairəsi ilə tərəfdaş münasibətlərini qurmağa çalışır”, – Ali nümayəndə bildirib.

M.Moratinos BMT Baş katibindən ibadət yerlərinin mühafizəsinə dair tədbirlər planı hazırlamaq tapşırığı aldıqlarını da diqqətə çatdırıb.

“Sülh üçün daimi səylər göstərilməlidir, hamımız müvafiq mandatlarımız, vəzifələrimiz, vəsaitlərimiz çərçivəsində ona nail olmaq üçün çalışmalıyıq”, – UNAOC təmsilçisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi