Azərbaycan və Türkiyə xarici işlər nazirləri Pakistanda görüşüblər
Azərbaycan və Türkiyə xarici işlər nazirləri Pakistanda görüşüblərİslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak etdiyim İslamabadda Azərbaycanın xarici işlər naziri Can qardaşım Qafqazda baş verənləri müzakirə etdik. Bölgəmizdə normallaşmanın hər mərhələsində birlikdə hərəkət etməyə davam edəcəyik.
Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramovla Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən növbədənkənar iclası çərçivəsində görüşüblər.
Bu barədə "Report" Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Nazirlər iki qardaş ölkə arasındakı strateji münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıblar.
Tərəflər Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə irəli sürülən 3+3 əməkdaşlıq formatının ilk görüşünün nəticələrini müzakirə ediblər. Əməkdaşlıq mexanizminin irəli aparılmasında maraq ifadə ediblər.
Görüş zamanı nazirlər Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq istiqamətləri, habelə hər iki ölkənin birgə iştirak etdiyi üçtərəfli əməkdaşlıq formatları ilə bağlı məsələləri və növbəti aylarda bu istiqamətdə atıla biləcək addımları müzakirə ediblər.
Tərəflər, həmçinin bölgədəki cari vəziyyət, üçtərəfli bəyanatların icrası, post münaqişə kontekstində bölgə ölkələri arasında münasibətlərin normallaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
10:47
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistanda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin XİN rəhbəri özünün tviterdəki səhifəsində yazıb.
"İslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak etdiyim İslamabadda Azərbaycanın xarici işlər naziri can qardaşım Ceyhun Bayramovla Qafqazda baş verənləri müzakirə etdik. Bölgəmizdə normallaşmanın hər mərhələsində birlikdə hərəkət etməyə davam edəcəyik", - Mövlud Çavuşoğlu sosial şəbəkədəki hesabında qeyd edib.
İslam İşbirliği Teşkilatı toplantısı için bulunduğum İslamabad’da Can #Azerbaycan’ın Dışişleri Bakanı kardeşim @bayramov_jeyhun’la Kafkasya’daki gelişmeleri ele aldık. Bölgemizdeki normalleşmenin her aşamasında birlikte hareket etmeyi sürdüreceğiz.#TekMilletİkiDevletpic.twitter.com/OF3CYTLIJG