Mövlud Çavuşoğlu: "Azərbaycan və Türkiyə regionun bütün layihələrinin mərkəzindədir"

Mövlud Çavuşoğlu: "Azərbaycan və Türkiyə regionun bütün layihələrinin mərkəzindədir" Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycan və Türkiyə regionun bütün layihələrinin mərkəzindədir.
Xarici siyasət
24 İyul , 2018 18:39
Mövlud Çavuşoğlu: Azərbaycan və Türkiyə regionun bütün layihələrinin mərkəzindədir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu / Report/ Elchin Murad

Bakı. 24 iyul. REPORT.AZ/ "Azərbaycan və Türkiyə regionun bütün layihələrinin mərkəzindədir".

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, iki qardaş ölkənin əməkdaşlığı enerji sahəsində daha da genişlənir və dərinləşir: "Biz hər sahələrdə sıx əməkdaşlıq edirik, həmçinin Avropa Şurası Parlament Assambleyasında. Baxmayaraq ki, bu qurum öz etibarını və nüfuzunu getdikcə itirir". 

Son xəbərlər

Orphus sistemi