Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü başlayıb - ƏLAVƏ OLUNUB

Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü başlayıb - ƏLAVƏ OLUNUB Elmar Məmmədyarov və Sergey Lavrov ikitərəfli əməkdaşlığın perspektivlərini, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək
Xarici siyasət
6 Mart , 2017 13:51
Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü başlayıb - ƏLAVƏ OLUNUB
Report.az

Moskva. 6 mart. REPORT.AZ/ Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın perspektivlərini, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də daxil olmaqla, regional və beynəlxalq gündəliyin əsas aspektlərini müzakirə edəcəklər.

"Azərbaycan və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin inkişafı üzrə dəyərləndirmələriniz ilə razıyam. Biz, həqiqətən, yaxşı yol qət etmişik, ölkələrimiz arasında ticarət dövriyyəsinin səviyyəsi artır. Hərçənd ticarət dövriyyəsinin bir neçə dəfə artması üçün daha çox səy göstərmək lazım gəldiyini etiraf etmək lazımdır" - E.Məmmədyarov görüşdə bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasından ötən 25 il ərzində ölkələr arasındakı qarşılıqlı münasibətlər ciddi dəyişikliklərə məruz qalmayıb.

E.Məmmədyarov Azərbaycanda rus dilinin sevildiyini və oxunduğunu, rus dilində təhsil aparılan çoxlu sayda məktəblərin olduğunu qeyd edib: "Məncə, bu, düzgün istiqamətdə hərəkət etdiyimizi göstərən çox yaxşı əlamətdir."

Xatırladaq ki, E.Məmmədyarov martın 5-7-də Rusiyada rəsmi səfərdədir.

Son xəbərlər

Orphus sistemi