Monteneqro parlamentinin sədri: "Yeni İpək Yolunun yaradılması təşəbbüsü regionun inkişafı üçün katalizator olacaq"

Xarici siyasət
  • 13 mart, 2018
  • 07:44
Monteneqro parlamentinin sədri: Yeni İpək Yolunun yaradılması təşəbbüsü regionun inkişafı üçün katalizator olacaq
Monteneqro parlamentinin sədri İvan Brayoviç
Report/ Elchin Murad

Bakı. 13 mart. REPORT.AZ/ "Yeni İpək Yolunun yaradılması təşəbbüsü regionun inkişafı üçün katalizator olacaq. Vəzifəmiz İpək Yolunun həm Şərq, həm də Qərb üçün rentabelli olacağı mühiti yaratmaqdır".

"Report" xəbər verir ki, bunu Monteneqro parlamentinin sədri İvan Brayoviç ATƏT-in Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransında çıxış edərkən deyib.

O, bunun üçün hamının maraqlı olmasının və əldə edilənlərlə kifayətlənməməyin, əksinə, daha keyfiyyətli iş görməyə can atmağın zəruriliyini söyləyib.

Monteneqro parlamentinin sədrinin fikrincə, buna gələcək hərtərəfli dialoqlar yardım olacaq.

"Gələcəyə baxmaq və gələcək dialoq üçün etimad yaratmaq lazımdır", - İ.Brayoviç bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti