MONEYVAL Azərbaycanla bağlı hesabatı müzakirə edəcək

MONEYVAL Azərbaycanla bağlı hesabatı müzakirə edəcək Qarşılıqlı dəyərləndirmə hesabatının müzakirəsi MONEYVAL 46-cı plenar sessiyası zamanı keçiriləcək
Xarici siyasət
6 Dekabr , 2014 12:52
MONEYVAL Azərbaycanla bağlı hesabatı müzakirə edəcək
Bakı. 6 dekabr. REPORT.AZ/ Avropa Şurasının Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Ölçülərin Dəyərləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) Azərbaycanla bağlı hesabatı müzakirə edəcək. "Report" xəbər verir ki, 4-cü dəyərləndirmə raundu çərçivəsində hazırlanan, Azərbaycanla bağlı növbəti "Qarşılıqlı Dəyərləndirmə Hesabat"ının müzakirəsi dekabr ayının 8-12-də Strasburqda MONEYVAL 46-cı plenar sessiyası zamanı keçiriləcək.

Sessiya zamanı, həmçinin Avropa ölkələrində çirkli pulların yuyulması, xüsusilə də mütəşəkkil cinayətkarlıq nəticəsində əldə olunan gəlirlərin yuyulması ilə mübarizə məsələləri,  "İslam Dövləti" qruplaşması ilə əlaqədar olan şəxslər barəsində maliyyə sanksiyalarının həyata keçirilməsi üzrə MONEYVAL-a daxil olan ölkələr tərəfindən qəbul edilən tədbirlər müzakirə olunacaq. 

1997-ci ildə təsis edilən MONEYVAL - FATF tipi üzrə regional qrupdur. Onun vəzifələrinə Avropa ölkələrinə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə əks təsir sahəsində beynəlxalq standartlar siyasətinin yayılması daxildir. MONEYVAL Avropa Şurasının cinayətkarlıq problemləri üzrə Avropa Komitəsinin yarımkomitəsidir (CDPC).

Son xəbərlər

Orphus sistemi