Moldova paytaxtında Heydər Əliyevin yeni büstü qoyulacaq

Moldova paytaxtında Heydər Əliyevin yeni büstü qoyulacaq Ulu öndərin Bakıda hazırlanmış büstü artıq Moldovaya gətirilərək səfirliyə təhvil verilib
Xarici siyasət
16 Aprel , 2021 13:38
Moldova paytaxtında Heydər Əliyevin yeni büstü qoyulacaq

Moldovanın paytaxtı Kişineu şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin yeni büstü qoyulacaq.

Bu barədə "Report"a Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.

Məlumata görə, büstün müəllifi tanınmış Azərbaycan heykəltəraşı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycanın Xalq rəssamı Natiq Əliyevdir.

Ulu öndərin Bakıda hazırlanmış büstü artıq Moldovaya gətirilərək səfirliyə təhvil verilib.

Ümummilli liderin büstü ölkəmizin Kişineudakı diplomatik nümayəndəliyinin yeni kompleksinin açılışı zamanı səfirliyin binasının qarşısındakı parkda qoyulacaq.

Son xəbərlər

Orphus sistemi