Moldova baş nazirinin müavini Azərbaycana səfərə gələcək

Moldova baş nazirinin müavini Azərbaycana səfərə gələcək Bakıda yaxın zamanlarda Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının IV iclası keçiriləcək
Xarici siyasət
8 Fevral , 2017 15:48
Moldova baş nazirinin müavini Azərbaycana səfərə gələcək

Bakı. 8 fevral. REPORT.AZ/ Bakıda yaxın zamanlarda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının dördüncü iclası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Moldovanın Azərbaycandakı səfiri George Leuke bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar olaraq Moldova baş nazirinin müavini, iqtisadiyyat naziri Oktavian Kalmık Bakıya gələcək. Səfir nümayəndə heyətinin tərkibinə digər rəsmilərin və işgüzar dairələrin nümayəndələrinin daxil olacağını da deyib.

Qeyd edək ki, Azərbaycan tərəfdən Hökumətlərarası Komissiyanın həmsədri baş nazirin müavini Yaqub Eyyubovdur.

Son xəbərlər

Orphus sistemi