Mohamed Monjuan: Fransa müstəmləkəyə çevirdiyi ərazilərdə xalqların fikirlərini nəzərə almır

Mohamed Monjuan: Fransa müstəmləkəyə çevirdiyi ərazilərdə xalqların fikirlərini nəzərə almır Fransa müstəmləkəyə çevirdiyi ərazilərdə xalqların fikirlərini nəzərə almır.
Xarici siyasət
3 Sentyabr , 2024 12:24
Mohamed Monjuan: Fransa müstəmləkəyə çevirdiyi ərazilərdə xalqların fikirlərini nəzərə almır

Fransa müstəmləkəyə çevirdiyi ərazilərdə xalqların fikirlərini nəzərə almır.

“Report” xəbər verir ki, Qəmər Adaları İttifaqında Demokratik Cəbhənin üzvü Mohamed Monjuan Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda “Mayotun Fransaya birləşdirilməsi və Qəmərlilərə vurulmuş ziyan” mövzusunda çıxış edərkən deyib.

O xatırladıb ki, BMT Baş Assambleyasının Mayotun Fransa tərəfindən işğal olunması ilə bağlı qəbul etdiyi qətnamələr var: "1976-cı ildən Mayot BMT BA-nın plenar iclaslarının müzakirə mövzusuna çevrilib. Çünki Fransanın bu müstəmləkə siyasəti beynəlxalq hüquqa ziddir. Fransa kiçik bir ölkəyə qarşı güc nümayiş etdirib”.

M.Monjuan Azərbaycana dəstəyinə görə təşəkkür edib: “Azərbaycan bir müddət əvvəl Mayotun Qəmər adalarına aid olduğunu ifadə etdi. Bu dəstəyə görə minnətdarıq”.

Son xəbərlər

Orphus sistemi