Yuxarı
    Bağlamaq

    Miloş Zemanın Azərbaycana rəsmi səfəri başa çatıb

    Onu Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar

    Bakı. 17 sentyabr. REPORT.AZ/ Sentyabrın 17-də Çex Respublikasının Prezidenti Miloş Zemanın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb. “Report”un xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Çex Respublikasının Prezidenti Miloş Zemanı və xanımı İvana Zemanovanı hava limanında Azərbaycan Respublikasının baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi