Spiker: Türk dünyasının daha da sıx birləşməsi üçün üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq
Xarici siyasət
- 18 dekabr, 2024
- 10:42
Azərbaycan-Türkiyə-Gürcüstan, eləcə də Azərbaycan-Türkiyə-Pakistan kimi uğurlu üçtərəfli əməkdaşlıq formatları mövcuddur.
“Report”un məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə səfəri çərçivəsində Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla birgə mətbuata açıqlaması zamanı deyib.
S.Qafarova nümayəndə heyətlərinin bütün müstəvilərdə bir-birlərini dəstəklədiklərini ifadə edib.
“Parlamentlər olaraq biz də türk dünyasının daha da sıx birləşməsi məsələsində üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq”.
Spiker bir müddət öncə TBMM-nin geniş tərkibli nümayəndə heyətinin Bakıda keçirilən Beynəlxalq Parlament Konfransında yüksək səviyyəli iştirakına görə həmkarına təşəkkür edib.
Son xəbərlər
20:36
Pakistan Qətər və İtaliyadan 45 partiya maye qaz alışından imtina edib
Digər ölkələr20:30
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V tur başa çatıb
Komanda20:24
Azərbaycan Çinə fındıq və badam ixracını artıracaq
ASK20:22
Foto
"Sanat Art Center"də "Jazz-Mugham" adlı xüsusi konsert təşkil olunub
Mədəniyyət20:11
ING Azərbaycanda 2025-2026-cı illər üçün inflyasiya proqnozlarını yenidən nəzərdən keçirib
Maliyyə20:04
Foto
Gürcüstanın Host TV telekanalının rəhbərliyi Baku TV-nin iş prosesi ilə tanış olub
Media20:02
Foto
Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət20:01
Ermənistan İstintaq Komitəsi Gümrü merinin müavininin saxlanması xəbərini təsdiqləyib
Region19:51