Milli Məclisin deputatları Türkiyədə referendumu müşahidə edəcəklər

Milli Məclisin deputatları Türkiyədə referendumu müşahidə edəcəklər Səfər aprelin 17-də başa çatacaq
Xarici siyasət
10 Aprel , 2017 16:49
Milli Məclisin deputatları Türkiyədə referendumu müşahidə edəcəklər

Bakı. 10 aprel. REPORT.AZ/ Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Ağalar Vəliyev Türkiyədə keçiriləcək referendumu müşahidə etmək üçün aprelin 13-də Ankaraya səfərə gedəcəklər.

Bu barədə “Report”a parlamentdən məlumat verilib.

Millət vəkilləri Türkiyə Konstitusiyasına ediləcək dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsində Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə iştirak edəcəklər.

Deputatlar digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcəklər.

Səfər aprelin 17-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi