Milli Məclis sədrinin müavini: “Türkiyədə səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirildi”

Milli Məclis sədrinin müavini: “Türkiyədə səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirildi” “Türkiyə xalqını təbrik etmək lazımdır”
Xarici siyasət
18 Aprel , 2017 10:06
Milli Məclis sədrinin müavini: “Türkiyədə səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirildi”
Report.az
Bakı. 18 aprel. REPORT.AZ/ “Türkiyə xalqını konstitusiyada dəyişikliklərlə üçün aprelin 16-da keçirilən referendumun nəticələri ilə bağlı təbrik etmək lazımdır. Kimlərin hansı mövqe sərgiləməsindən asılı olmayaraq, həqiqət ondan ibarətdir ki, Türkiyədə bütün qərarlar xalqın iştirakı ilə verilir. Bu qərar da xalqın gələcəyin gələcəyinə yönəlmiş hədəflərə xidmət etməlidir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova deyib.

O bildirib ki, əldə olunan nəticə Türkiyə xalqının qərarıdır: “Bu məsələ ətrafında gərgin müzakirələr getdi. Biz burada həyacanlı müzakirələrin də şahidi olduq. Həqiqət ortadadır, hədəfə nail olundu. Türkiyə xalqının yarıdan çoxu bu qərarı dəstəklədi. Konstitusiyada dəyişiklilərlə bağlı referendum yüksək səviyyədə keçirildi. Səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirildi. Bizə bu qərarın yerinə yetirilməsini müşahidə etmək qalır. Türkiyənin hakim partiyası Ədalət və İnkişaf Partiyası xalqın maraqlarını üstün tutaraq bu qərardan irəli gələn məsələləri həll edəcək. Azərbaycan istəyir ki, Türkiyədə hər şey qaydasında olsun”.