Mərakeşin BMT-dəki səfiri: “Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə dəstəkləmişik”

Mərakeşin BMT-dəki səfiri: “Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə dəstəkləmişik” “Azərbaycanla Mərakeş Krallığı arasında çox güçlü dostluq və qardaşlıq münasibətləri var. Biz hər zaman Azərbaycanın süverenliyini və ərazi bütövlütünü açıq şəkildə dəstəkləmişik və bundan sonra da dəstəkləməyə davam edəcəyik”.
Xarici siyasət
27 Oktyabr , 2022 20:15
Mərakeşin BMT-dəki səfiri: “Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə dəstəkləmişik”

"Biz hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə dəstəkləmişik, bundan sonra da dəstəkləməyə davam edəcəyik”.

Bu sözləri “Report”un ABŞ bürosuna açıqlamasında Mərakeşin BMT-dəki daimi nümayəndəsi Ömər Hilal deyib.

Səfir bildirib ki, Mərakeş Krallığı Ermənistanla sülh danışıqlarında Azərbaycanın aktiv iştirakını yüksək qiymətləndirir: “Bizim mövqeyimiz açıq və dəqiq olub. BMT-də daxil olmaqla hər yerdə Azərbaycanın haqlı mövqeyini dəstəkləmişik. Azərbaycan müstəqil bir dövlətdir və ərazi bütövlüyünü qoruyub saxlamaq üçün mübarizə aparır. Bölgədə sülhü inşa etməyə çalışan qardaş Azərbaycanın sülhə və əmin-amanlığa verdiyi töhfələri bundan sonra da dəstəkləməyə davam edəcəyik. Ümid edirik ki, ən yaxın gələcəkdə bölgədə davamlı sülhə nail olunacaq. Müharibə çıxış yolu olmamalıdır”.

Son xəbərlər

Orphus sistemi