Mer: "Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləyir" – EKSKLÜZİV

Mer: "Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləyir" – EKSKLÜZİV "Şəhərlərimiz arasında dostluq var və biz bundan çox qürur duyuruq”
Xarici siyasət
29 Aprel , 2021 12:06
Mer: Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləyir – EKSKLÜZİV
Aleksandr Markuşin

“Ukrayna və Azərbaycan dostdur, xalqlarımız dostluq edir. Ukrayna həmişə Azərbaycanı dəstəkləyib və Azərbaycan da həmişə Ukraynanı dəstəkləyib. Üstəlik, şəhərlərimiz arasında dostluq var və biz bundan çox qürur duyuruq”.

Bu fikirləri “Report”a Ukraynanın İrpen şəhərinin meri Aleksandr Markuşin bildirib.

“Hazırda Ukrayna Azərbaycanın əvvəllər olduğu vəziyyətdədir. Təəssüf ki, bizim də ərazimizin bir hissəsi işğal altındadır. Hər bir ölkə öz torpaqlarını azad etmək istəyir. Biz də Azərbaycan kimi öz ərazilərimiz üçün mübarizə aparacağıq”, – mer deyib.

O, iki ölkənin ərazi bütövlüyü məsələsində bir-birini dəstəklədiklərini vurğulayıb: “Əlbəttə, biz hər zaman tarixən Ukraynanın olan ərazinin Ukraynaya, Azərbaycanın olan ərazinin Azərbaycana məxsus olmasını dəstəkləyirik”.

Son xəbərlər

Orphus sistemi