Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Bakıya gəldi

Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Bakıya gəldi Meksikalı deputat, Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Aqustin Qarsiya Rubio fevralın 9-da keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana səfər edib.
Xarici siyasət
8 Fevral , 2020 02:33
Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Bakıya gəldi

Meksikalı deputat, Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Aqustin Qarsiya Rubio fevralın 9-da keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana səfər edib.

Azərbaycanın Meksikadakı Səfirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, deputat seçkiləri müşahidə etməklə yanaşı, müxtəlif sektorlarda əməkdaşlıq perspektivlərini və hər iki ölkə arasında əlaqələrin hazırkı vəziyyətini müzakirə etmək məqsədilə bir sıra rəsmi görüşlər keçirəcək.

Qeyd edək ki, Meksika ilə Azərbaycan arasında diplomatik əlaqələr 10 fevral 1992-ci il tarixində qurulub. İki ölkənin diplomatik nümayəndəlikləri müvafiq olaraq 2007-ci və 2014-cü illərdə fəaliyyətə başlayıb. 

Son xəbərlər

Orphus sistemi